20 yaşlı gənc yanaraq öldü

  • 2026.07.30 15:33
  • 111 Baxış
20 yaşlı gənc yanaraq öldü

Beyləqanda yanıq xəsarətləri alan 20 yaşlı gənc vəfat edib.

Medicina.az xəbər verir ki, “Qafqazinfo”nun xəbərinə görə, rayon sakini, 2006-cı il təvəllüdlü Fərid Səfərli ağır yanıq xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, o, aldığı ağır yanıq xəsarətləri nəticəsində xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.