"2021-ci ili də maskada keçirəcəyik" - Baş həkimdən PROQNOZ

  • 2020.11.26 15:40
  • 1432 Baxış
"2021-ci ili də maskada keçirəcəyik" -  Baş həkimdən PROQNOZ

Gələn ilin də yay və payız aylarında koronavirusun növbəti yayılma dalğaları gözlənilir.

Medicina.az xəbər verir ki, Moskva Şəhər Klinik Xəstəxanasının baş həkimi danışıb. Myasnikovun sözlərinə görə, peyvəndin yaradılması tapşırığın cüzi bir faizidir .

“Koronavirusla mübarizənin əsas məqsədi kütləvi immunitetin inkişafıdır. Buna əhalinin 50% -nin peyvəndlənməsi sayəsində nail olunur.


Peyvənd hazırlanıb, Rusiyanın, “Pfizer” və “AstraZeneca” şirkətlərinin dərmanı yüksək dərəcədə təsirlidir, effektivliyi 90 faizdir. Ancaq aydındır ki, bu nəticələr 10 min nəfərlik kiçik bir qrupu əhatə edir və peyvənd əhaliyə vurulduqdan sonra qrip peyvəndində olduğu kimi, təsir də 60-70 faiz olacaq. Bu, yaxşı nəticədir, çünki əsas şərt 50 faizə çatmaq idi. Saxta ümidlər verməmək vacibdir. Mənə nə desələr də, hesab edirəm ki, peyvəndin yaradılmasına baxmayaraq bütün 2021-i maskalarda keçirəcəyik”.