2022-ci ilin sonuna kimi pandemiya bitə bilər - ÜST təmsilçisi

  • 2022.02.21 19:31
  • 2249 Baxış
2022-ci ilin sonuna kimi pandemiya bitə bilər   - ÜST təmsilçisi

Kovid pandemiyasının sonunu Omikron dalğasından sonra güclü və yeni ştamm alovlanmasının olmamasına görə proqnozlaşdırmaq olar.


Medicina.az xəbər verir ki, bu barədə ÜST-ün xüsusi nümayəndəsi Melita Vuynoviç bildirib.

“İndi dəqiq proqnoz demək daha çətindir, amma ümid edirik ki, əgər heç bir yeni qığılcım baş verməsə, 2022-ci ilin sonuna pandemiya bitəcək.

Pandemiyanın sonu nə deməkdir? Bu hər şeyin birdən yoxa çıxacağı demək deyil. Koronavirus heç yerə getmir, bu o deməkdir ki, yeni ştamm dalğaları olmayacaq”