2023-cü ilin iyulu tarixin ən isti ayı statusu aldı

  • 2023.07.21 16:10
  • 1771 Baxış
2023-cü ilin iyulu  tarixin ən isti ayı  statusu aldı

Yaşadığımız iyul ayı Yer kürəsində tarixin ən isti ayı statusunu ala bilər.

"Medicina" xəbər verir kiAvropa İttifaqının (Aİ) Yerin Müşahidə Birliyi iyulu tarixdə rekord isti temperatur olan ay kimi qeydə alıb.


İyulun ilk 15 günü dünyada temperatur baxımından indiyə qədər qeydə alınan ən isti günlər olub


Karlo Buontempo temperaturun artmasına təsir edən amiləri açıqlayıb.

Atlantikada istilik və qlobal isinmə var. Yazdan bəri okeanların həddindən artıq istiləşməsi müşahidə olunur. Bu fenomenin sürəti bütün dünya alimlərini çox təəccübləndirir.

Bu il dünyanın bir çox ölkəsində yüksək temperatur qeydə alınıb. Məsələn, bütün İspaniyada iyulun 19-da isti 45,3 dərəcə Selsi olub. İyulun 18-də Fransa və İtaliyada da temperatur rekordları qırılıb. Orada hava müvafiq olaraq +40,6 və +42,2 dərəcəyə qədər isinib. İyulun 16-da havanın ən yüksək temperaturu +52,2 dərəcə Çində müəyyən edilib.

Türkiyənin bütün turistik regionlarında 47-48 dərəcəyə kimi isti qeydə alınıb.


Aygün Musayeva