25 yaşlı qız qanlı göz yaşları ilə ağlayır – Unikal hadisə

  • 27 Mrt 2021 13:39
  • 957 Baxış
25 yaşlı qız qanlı göz yaşları ilə ağlayır  – Unikal hadisə


Hindistanın Çandiqarx şəhərində 25 yaşlı ailəli qadın xəstəxanaya gözlərindən qanlı göz yaşı axması səbəbindən müraciət edib.

Medicina.az xəbər verir ki, bu unikal tibbi hadisə barədə şəhərin tibbi institutunun alimləri BMJ dərgisində məlumat yerləşdirib.

Qızzın gözündən qanlı su menstruasiyanın başlanması ərəfəsinə təsadüf edir.

Artıq 2 dəfə eyni halla qarşılaşan qadın qorxub.

Həkimlər hesab edir ki, xəstədə tibb tarixində unikal və çox nadir rast gəlinən iki səbəb var: hemolakriya və vikar menstruasiya.

Hemolakriya – göz yaşı ilə göz kanalından qanın da gəlməsidir.
Pasiyentin göz müayinəsində heç bir problem aşkarlanmadı.
Qadın tibbdə nadir olan sindromdan əziyyət çəkir və bunun müalicəsi yoxdur.