28 apreldə yoluxma - 1 nəfər öldü

  • 2022.04.28 17:18
  • 1424 Baxış
28 apreldə yoluxma   - 1 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakupost.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 728 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 108 nəfərdir.

Ölkədə son sutka ərzində 3 088 , hazırkı dövrədək isə 6 808 651 test aparılıb.