29 yaşlı qadın beşəm dünyaya gətirdi - Azərbaycanda ilk - FOTOLAR

  • 2021.06.12 22:13
  • 4194 Baxış
 29 yaşlı qadın beşəm dünyaya gətirdi -  Azərbaycanda ilk - FOTOLAR
Azərbaycanda ilk dəfə beşəm dünyaya gəlib.

Medicina.az -ın məlumatına görə, tibb sahəsində ilklərə imza atan Bakı Sağlamlıq Mərkəzi daha bir xoş hadisəyə ev sahibliyi edir.

Beləki, bu gün klinikada dörd oğlan və bir qız uşağı olamaqla beşiz körpə dünyaya gəlib. Bu Azərbaycan səhiyyə tarixində bir ilkdir.

Körpələr 28ci həftədə 1kg 35sm, 845qr 34sm, 1.1 kg 36sm, 1.2kg 37sm, 1.1kg 35sm doğulub.

Beşizlərin müalicələri Yeni Doğulanların İntensiv Terapiyası bölməsində davam edir.

Qeyd edək ki, hazırda ana 29 yaşlı Lamiyə Mürşüdlü və uşaqların vəziyyəti normaldır.