3 saatdan artıq oturanların damarlarında nə baş verir?

  • 2023.12.04 19:32
  • 1303 Baxış
3 saatdan artıq oturanların damarlarında  nə baş verir?


Uzun müddət, fasiləsiz 3 saat oturmaq sağlamlıq üçün təhlükəlidir.

“Medicina” xəbər verir ki, həkim fleboloq Vanessa Prinse ürək və damarları qorumaq üçün uzun müddət oturmamağa çağırıb.


“2-3 saatdan çox əyləşmək damarların sıxılmasına və qan dövranı pozulmasına səbəb olur. Nəinki qan dövranı, həmçinin limfa durğunluğuna gətirir ki, bu da ayaqlarda şişkinliyə səbəb olur.

Bir çoxları deyəcək ki, bu işimizlə bağlıdır, amma belə iş ürəyə ciddi ziyan vurur.

Oturmaq uzanmaq və yatmaqdan da çox ürəyə zərbədir. Çünki bu zaman damarlar çox sıxılır.
Oturaq həyat keçirənlərdə qanda şəkər, xolesterin və çəki də artır.

Bunun qarşısını almaq üçün əyləşəndə bədənin vəziyyətini tez-tez dəyişmək və 30 dəqiqədən bir ayağa qalxıb, gəzişmək, idman etmək, pilləkən çıxıb qalxmaq lazımdır.

Hətta bir məsləhət də mümkün qədər ayaq üstə duraraq işinizi görün. Hətta 1 saat ayaq üstə işləmək 30 dəqiqə oturmaqdan faydalıdır. Ona ğörə fasilə intervalları götürün”.


Aygün