Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

37 yaşlı qadın 10 uşaq doğdu: Rekordlar Kitabına düşdü

  • 2021.06.08 22:02
  • 2331 Baxış
37 yaşlı qadın 10 uşaq doğdu:  Rekordlar Kitabına düşdü

Cənubi Afrika Respublikasından (CAR) olan 37 yaşlı Qosiame Sitole eyni vaxtda 10 uşaq dünyaya gətirib və bununla da Ginnesin Rekordlar Kitabına düşüb.

Medicina.az xəbər verir ki, bu barədə “Pretoria News” qəzeti məlumat yayıb.

Ultrasəs müayinəsi Ekuruleni şəhər sakininin səkkiz uşaq gözlədiyini göstərsə də, qeysəriyyə əməliyyatı nəticəsində yeddi oğlan və üç qız dünyaya göz açıb.

Bundan əvvəl qadın artıq əkiz uşağın anası olmuşdu.

Ginnesin Rekordlar Kitabında qeydə alınmış əvvəlki nailiyyət may ayında doqquz uşaq dünyaya gətirən Mali sakininə məxsus idi.