37 yaşlı bloger energetik içkidən öldü – Həkimlər şokda

  • 2023.11.22 19:46
  • 1679 Baxış
37  yaşlı bloger  energetik içkidən öldü  – Həkimlər şokda


Rusiyanın məşhur blogeri, “Kalyan 86” nikli Nikolay Kalenko qəfil ürək tutmasından ölüb.


“Medicina” xəbər verir ki, blogerin dostları onun youtube kanalına görə az yatdığı və yuxusunu energetiklərlə qaçırdığını bildirib.


Bəs həkimlər aşırı energetiklərin ürəyi sıradan çıxarması barədə nə deyir?

Həkim Yekaterina Serebrennikova bildirib ki, əgər bloger gündə 3 qutudan artıq energetik içibsə və adi su, maye qəbulu olmayıbsa, ürək ritmi pozula və ürək anidən dayana bilər.

Risk təkcə energetik içkidə olan kofeinlə bağlı deyil, aminturşusu taurindədir.


Nəhz taurin ciddi aritmiya yaradıb,ürəyin qəfil durmasına səbəb olur.

Eləcə də bəzi energetiklərdə əlavə stimulyator, vitaminlər qatılır. Bu içkilərdə olan normadan artıq şəkər var.

Müntəzəm olaraq, orqanizmi energetiklərlə stimulə etmək onu tükədir.

Bu sanki bütün günü çapan ata bənzəyir, axır əvvəl çökəcək. Enerjini bərpa ertmək üçün insan yatmalı, dincəlməli, vitaminlər qəbul etməlidir”.

Aygün Musayeva