4-cü dalğa başlaya bilər, 6 ay sonra bunu mütləq edin - Həkimdən PROQNOZ

  • 2021.07.06 17:06
  • 2094 Baxış
4-cü dalğa başlaya bilər, 6 ay sonra bunu mütləq edin  - Həkimdən PROQNOZ

“Koronavirusun IV dalğasının bütün dünyada başlaması istisna deyil”.

Medicina.az xəbər verir ki, bunu “ARB Xəbər”ə açıqlamasında həkim Adil Qeybulla deyib. O bildirib ki, mütəxəssislər bu dalğanın ağır, hətta yeni növ pandemiyanın başlanğıcı kimi qiymətləndirirlər.

Həmçinin həkim onu da qeyd edib ki, peyvənddən 6 ay sonra immunitet zəiflədiyi üçün dəstək məqsədilə III dozanın vurulması məqsədəuyğundur:

“III doz tam doz vurulmalıdır və onun eyni şirkətə məxsus olması daha yaxşı olar. Bu, mümkün olmazsa, digər vaksinləri də vurdurmaq olar”.