Fevral xərçənglə mübarizə ayıdır- Bədəndə onkoloji şişlər necə yaranır: İZAH

  • 2021.02.05 15:48
  • 3214 Baxış
Fevral xərçənglə mübarizə ayıdır - Bədəndə onkoloji şişlər necə yaranır: İZAH

Hər il fevralın 4-ü dünyada “xərçəng” günü kimi qeyd olunur.


Xərçəng xəstəliyi ilə mübarizəyə həsr edilmiş bu beynəlxalq gün 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən təsis edilib. Bu günün önəmi məqsəd dünyanın diqqətini xərçəng xəstəliyinə, onun aşkarlanması, müalicəsi və aradan qaldırılması yollarına çəkməkdir.

Təəssüf ki, bir çox xərçəng növləri getdikcə gəncləşir. Azərbaycanda uşaqlar da daxil hər il minlərlə insanda bu xəstəliyin diaqnozu qoyulur.

Medicina.az orqanizmdə hər bir orqanda baş verən dəyişikliklərin sonda necə xərçəngə çevrilməsi barədə cədvəli təqdim edir.

Xəstəliklərin inkişaf cədvəlinə əsasən hansı xəstəliklərin sonda xərçəngə çevrilməsini təqdim edir. Diqqətlə baxın, əgər sizdə bu xəstəliklər varsa, onları müalicə etməyə,tam aradan qaldırmağa çalışın ki, 10-15 il sonra xərçənglə üz-üzə qalmayasız.



Cədvələ əsasən xəstəlik hər hansı sistemdə adi patologiyalarla başlayır, müalicə olunmadıqda Matriks - yəni hüceyrələr arası sahəyə keçir, xronikləşir, daha ağır xəstəliyə çevrilir, o da müalicə olunmadıqda, artıq hüceyrə səviyyəsinə keçərək xərçəngə doğru yol alır.




1.Tənəffüs sistemində - əvvəl bəlğəm, öskürək, bronxit, traxeit başlayır



Matriks fazasında astma, astma bronxit, xroniki bronxit, virus mənşəli traxeit, fibroz-kistoz degenerasiya gedir

Hüceyrə fazasında: Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxların atrofiyası başlayır



SONDA Ağciyər, traxeya və bronxların xərçəngi yaranır.




2.Həzm sistemi - əvvəl mədə şirəsi ifrazı pozulur, ezofagit, qastrit, kolitlər



Matriks fazada poliplər, qəbizlik, yoğun bağırsağın melanozu, xora, qlüten enteropasiyası olur

Hüceyrə fazasında: Kron xəstəliyi, kolit, nazik bağırsağın atrofiyası



SONDA barret ezofagit, qida borusu, mədə - bağırsaq xərçəngi yarana bilir.




3. Ekzokrin cinsiyyət sistemi – Süd vəzilərində laktoreyası, Mastit, kistalar



Matriks fazasında fibroz-kistoz mastopatiya, fibroadenoma

Hüceyrə fazasında: süd vəzilərinin atrofiyası, ginekomastita-



SONDA: Süd vəzilərin xərçəngi, karsinoma




4. Ekzokrin həzm sistemi: Mədə şirəsi, öd turşularının sekresiyasının artması, pankreatit, sialit



Matriks fazasında: öz daşı, qaraciyər steatozu, mədəaltı vəz, qaraciyər kistası, ağız suyu vəzilərinin kalsifikasiyası-



Hüceyrə fazasında: hepatitlər, pankreatit, fibroz-kistoz degerenerasiya – qaraciyər sirrozu



– SONDA : Mədəaltı vəz və qaraciyər xərçəngi




5. Epiderma, dəri- tər və qulaq vəziləri smqmanın, saç follikulu piy vəzilərinin hipersekresiyası, dermatit, absses, furunkullar-



Matriks fazası: hiperkeratoz, seboreya, ləkələr, ziyillər, ekzema, övrə, anal çatlar, sızanaqlar, hirsutizm

Hüceyrə fazasında: prosiaz, yaralar, xoralar, şüa zədələnmələri



SONDA: karsinoma, melanoma – dəri xərçəngi




6. LOR orqanlar – otit, faringit, stomatit, gingivit, kəskin rinit, sinusit, laringit, dental absses



Matriks fazasında: burun polipləri, dental qranuloma

Hüceyrə fazasında: atopik rinit, xroniki sinusit, anosmiya, Menyer sindromu, otoskleroz, kariyes, parodontoz



SONDA: dil, qırtlaq, burun-udlaq bə traxeyanın xərçəngi




7. Herminoderma – qadın, kişi cinsiyyət orqanları – toxum mayesi hasilatının artması, qadınlarda menorragiya, kişilərdə prostatit, orxit, qadınlarda ovarit, adneksit



Matriks fazasında: prostatın xoşxassəli hiperplaziyası, qadınlarda yumurtalıqların kistası, polip, fbroz



Hüceyrə fazasında: prostatın hiperplaziyası, sonsuzluq, qadınlarda xroniki adneksit, amenoreya, sonsuzluq, yumurtalıqların atrofiyası



SONDA: prostat, xayaların xərçəngi, teratoma, qadınlarda yumurtalıqların xərçəngi




Bu cədvəl əslində uzun, genişdir və bütün orqanlarl əhatə edir. Sadəcə diqqətli olub, xəstəliyi ən geci MATRİKS fazasında olan mərhələdə yaxalayıb, müalicə etdirməkdir ki, hüceyrə fazasına keçməsin. Çünki hüceyrə fazasına keçidlə xərçəng arasında məsafə və vaxt çox qısadır.