4 nəfər insanda koronavirusa qarşı superimmunitet tapıldı

  • 2021.07.08 17:19
  • 1365 Baxış
4 nəfər insanda koronavirusa qarşı superimmunitet tapıldı


Bu insanların qanında koronavirusun 23 ştammını neytrallaşdıran antitel var.


Medicina.az xəbər verir ki, beynəlxalq elmi qrupun yeni araşdırmasının nəticələri bunu sübut edib.


Onlar koronavirusa yoluxmuş 22 nəfərin qan nümunələrini analiz ediblər.

Bu adamların hamısı WA-1 ştammı ilə yoluxmuşdular.

4 nəfərin qanında ultragüclü antitelllər tapılıb, hansı ki, 23 yeni kovid mutasiyasını zərərsizləşdirə bilir. Bura hind, kaliforniya, Braziliya, delta, kappa ştamları da daxildir.

Analizlər göstərib ki, antitellər müxtəlif variantda virusların hüceyrə və qana keçməsini effektiv əngəlləyir.


Bu tədqiqat göstərir ki, təkrar vaksinasiya virusun ştamlarına qarşı immuniteti gücləndirmək üçün faydalı ola bilər.
Yəni ildə həta iki dəfə vaksin etdirmək, belə super anititel yaranmasını aktivləşdirə bilər.