- Bakıda bədbəxt hadisə4 saylı doğum evində körpə öldü

  • 2019.10.02 10:51
  • 3677 Baxış
- Bakıda bədbəxt hadisə 4 saylı doğum evində körpə öldü

Bakıda doğuş zamanı körpə ölüb.




Medicina.az-ın məlumatına görə, hadisə 4 saylı doğum evində qeydə alınıb.




Ələt qəsəbə sakini, Aysel Məmmədova doğum evinə doğuş sancıları və uşaqlıq qanaxması ilə daxil olub və kişi cinsli döl ölü olaraq doğulub.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb, dölün üzərində hər hansı bir xəsarət və izləri aşkar edilməyib.




Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.