42 yaşlı Reyçel Holl 40 ildir yalnız kartof yeyir və bunun sayəsində yaşayır.
Onun əsas menyusu kartoflu piroq, pure və çips olub. O, selektiv məhdudlaşdırıcı qidalanma pozğunluğundan əziyyət çəkirdi. Bu pozğunluq zamanı insan başqa qidaları yeyə bilmir, ürəyi bulanır, qaytarır.
Medicina.az xəbər verir ki, artıq belə yaşaya bilməyəcəyini anlayan Reyçel hipnoterapevtə müraciət etdi və səkkiz seansdan sonra artıq bu problemi aşa bildi.
Qəhrəmanımız banan və çiyələyi sevdiyini aşkar edəndə təəccübləndi. O, həmçinin yumurta sendviçinin dadına baxdı. Əlbəttə ki, Reyçelin sağalma yolu tam deyil, amma doğru yoldur.
Aygün Musayeva