42 ölkədə peyvəndlənməyə başlanıldı - ÜST

  • 2021.01.09 11:34
  • 1838 Baxış
 42 ölkədə peyvəndlənməyə başlanıldı -  ÜST

“36-sı yüksək, 6-sı orta gəlirli olmaqla 42 ölkədə COVID-19-a qarşı peyvəndlənməyə başlanılıb”.

Medicina.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus videokonfrans formatında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, dolayısı ilə aşağı və orta gəlirli ölkələrin əksəriyyətinin hələlik peyvənd almadığına dair açıq problem mövcuddur: “Bu, həll edə biləcəyimiz bir problemdir. Bu məsələni COVAX və ACT-Accelerator vasitəsilə birlikdə həll etməliyik”.

Baş direktor koronavirusun mənşəyini araşdıracaq ÜST-ün ekspertlərinin Çinə girişinin yubanmasına da toxunub. Tedros Adhanom Qebreyesus qeyd edib ki, ekspertlərin Çinə səfəri ilə bağlı danışıqlar davam edir.