Türkiyəli 46 yaşlı aktrisa Mine Tuqay paylaşımı ilə diqqət çəkib.
Medicina.az xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımları və fit bədən quruluşu ilə tez-tez adı hallanan məşhur aktrisa tətilin dadını çıxarır.
Bikinidə "Yay" qeydi ilə poza verən Mine Tugay gündəm olub.
Məşhurun fotoları qısa zamanda bəyənmə və şərhlərlə dolub.
Qeyd edək ki, ideal çəkisini qorumağa çalışan Tuqay ödem olduğu zaman üç-beş gün ərzində yalnız maye qidalar yeyir. Bu yolla o, bədənini toksinlərdən təmizləyir.
Tuqay yuxudan duran kimi bir stəkan limonlu su içir. Səhər yeməyində o, duzsuz "Etimek", kəsmik, xiyar və qoz yeyir.
Aygün
Medicina.az