490 milyondan çox insan koronavirusa yoluxub - Dünyada vəziyyət

  • 2022.04.02 09:54
  • 1753 Baxış
490 milyondan çox insan koronavirusa yoluxub -  Dünyada vəziyyət
Dünyada 490 110 720 nəfərdə koronavirus aşkarlanıb.


Medicina.az xəbər verir ki, virusdan 6 171 469 xəstə ölüb, 424 603 360 nəfər sağalıb.


Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (81 813 515 nəfər), Hindistan (43 027 035 nəfər), Braziliya (29 975 165 nəfər), Fransa (25 763 472 nəfər) və Almaniyadır (21 459 975 nəfər).


Sərhəd qonşularımız arasında Rusiyada 17 862 089, Türkiyədə 14 873 927, İranda 7 164 484, Gürcüstanda 1 648 653, Ermənistanda isə 422 540 nəfərdə koronavirus aşkar edilib.