5 apreldə yoluxma- 2 nəfər öldü

  • 2022.04.05 16:45
  • 973 Baxış
5 apreldə yoluxma - 2 nəfər öldü


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 792 103 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 084 nəfər müalicə olunaraq sağalıb, 9 700 nəfər vəfat edib, aktiv xəstə sayı 319 nəfərdir.

Ölkədə son sutka ərzində 4 867, hazırkı dövrədək isə 6 721 330 test aparılıb.