5 aya 24 kq arıqlayan qadın – Sirri açdı

  • 2024.03.18 17:35
  • 911 Baxış
5 aya 24 kq arıqlayan qadın  – Sirri açdı

Hindistanda 37 yaşlı qadın yarım ilə 24 kq çəki itirib.

“Medicina” xəbər verir ki, qadın uzun illər artıq çəkiyə görə diz ağrısından əziyyət çəkirdi.


Oynaq bağları zədələnən qadına həkimlər bir şərtlə əməliyyat tövsiyə edib ki, o, arıqlayacaq.


Qadın rasionunu və gündəlik vərdişlərini dəyişib, hər gün gəzinti və idman məşqlərinə başlayıb.

O, protein, zülal qəbulunu artırıb, karbohidrat qəbulunbu isə kəskin azaldıb.
Hər gün qara çay tərkibli protein kokteylləri içib.

Eləcə də interval aclıq rejimi seçib və axşam 7-dən sonra yeməyi kəsib.
Nəticədə o, XXL ölçüdən M-ə düşüb.

Saini indi özü layfstayl kouç kimi digər qadınlara arıqlamağa kömək edir.

Aygün Musayeva