Qəhvə və kofenli içkilər uşaqlarda hiperaktivliyə və yuxusuzluğa səbəb ola bilər.
Medicina.az xəbər verir ki, Perm Milli Tədqiqat Politexnik Universitetinin (PNRPU) Kimya Texnologiyaları kafedrasının dosenti və əczaçılıq elmləri üzrə doktorluq namizədi Yekaterina Bankovskaya bu barədə danışıb:
“Uşaqların sinir sistemləri 12-14 yaşa qədər inkişaf etməyə davam edir, buna görə də qəhvə onlar üçün əks göstərişdir, çünki hiperaktivliyə və yuxusuzluğa səbəb ola bilər”.
Ərəb qəhvəsinin hər 100 qramında təxminən 1,2-1,5 qram kofein var.
Sağlam böyük insanların, yetkinlərin əksəriyyəti üçün gündə üç fincana qədər orta miqdarda qəbul tövsiyə olunur. Sinir sistemlərinin yetişməməsi səbəbindən 12-14 yaşdan kiçik uşaqlar üçün kontrendikedir - onlarda kofeinin hiperhəyəcan və yuxusuzluğa səbəb olma ehtimalı daha yüksəkdir.
Mütəxəssis qeyd edib ki, hətta 14-18 yaşlı uşaqlar üçün də gündəlik qəhvə istehlakı 100 mq-dan çox olmamalıdır.
"Hamilə qadınlara gündəlik qəbullarını 200 mq ilə məhdudlaşdırmaq tövsiyə olunur, çünki kofein plasentanı keçir və dölün qan damarlarını daralda bilər".
Aygün Musayeva