Qan təzyiqində böyük dalğalanmalar insult və ölüm riskinin artması ilə əlaqələndirilib.
Üstəlik, təkcə qan təzyiqi deyil, həm də müayinələr arasında nə qədər dəyişdiyi də əhəmiyyətli idi.
Medicina.az xəbər verir ki, bu, Avropa Diabet Tədqiqatları Assosiasiyasının (EASD) illik konfransında alimlərin gəldiyi nəticə idi.
Tədqiqatçılar orta yaşı 55 olan 57.000-dən çox insanın məlumatlarını təhlil edib. İştirakçıların qan təzyiqi bir neçə dəfə ölçülüb, bundan sonra alimlər onun dalğalanmalarını qiymətləndiriblər. Tədqiqat orta hesabla beş il davam edib. Bu müddət ərzində 571 nəfər insult keçirib və 1460 nəfər ölüb.
Aşağı qan təzyiqindəki dəyişikliklərlə əlaqə xüsusilə əhəmiyyətli idi. Qan təzyiqindəki dalğalanmalar nə qədər böyükdürsə, insult riski də bir o qədər yüksəkdir. Aşağı qan təzyiqindəki əhəmiyyətli dəyişikliklər riskin 12 faiz artması ilə əlaqələndirilib.
Risk xüsusilə 2-ci tip diabetli və yuxarı qan təzyiqində əhəmiyyətli dəyişikliklər olan insanlarda yüksək olub.
Müəlliflərə görə, zamanla qan təzyiqindəki dəyişiklikləri izləmək ürək-damar problemləri riskini daha dəqiq müəyyən etməyə kömək edə bilər. Lakin, tədqiqat qan təzyiqindəki dalğalanmaların birbaşa insult səbəb olduğunu sübut etmir.
Aygün Musayeva