5 aylıq uşağın şəkli dəhşətli xəstəliyi üzə çıxardı - Ananın diqqəti onu xilas etdi

  • 2020.05.16 18:08
  • 2689 Baxış
5 aylıq uşağın şəkli dəhşətli xəstəliyi üzə çıxardı   - Ananın diqqəti onu xilas etdi

5 yaşlı övladının şəklində bir qəribə detala diqqət edən ana özü də bilmədən övladını ölümdən xilas etdi.

Medicina.az xəbər verir ki, hadisə İngiltərədə baş verib.

26 yaşlı Şelbi Simkins körpə qızının şəklini çəkməkdən doymurdu.

5 ayı olanda növbəti dəfə onun şəklini çəkən ana şəkildə qızının gözlərinə baxanda fotoaparın işıq təsirindən qırmızı yox, ağ işıq ləkəsi gördü.
Uşaq həm də anadangəlmə çəp idi.

Uşağı pediatra götürəndə ana bu barədə həkimə deyir. Və körpə oftalmoloqun müayinəsinə göndərilir.

Nəticədə körpədə retinoblastoma – torlu qişanın şişi aşkarlanır. Bu göz xərçəngidir.

Şiş çox böyük olduğundan yeganə yol sol gözün tamamilə çıxarılması idi.

Valideynlər böyük çətinliklə buna razı olur. Uşağı əməliyyat edib, süni göz alması qoyurlar. Xərçəng digər gözə yayılmamışdı. Əgər ana vaxtında şəkilə diqqət yetirməsəydi şiş digər gözə və bütün başa yayıla bilərdi.