Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

53 yaşlı kişinin qaraciyərindən şüşə çıxdı - Həkimlər təəccüb içində

  • 2024.07.09 20:12
  • 709 Baxış
53 yaşlı kişinin qaraciyərindən şüşə çıxdı -  Həkimlər təəccüb içində
Rusiyanın Kirov şəhərində 10 il qaraciyərində şüşə parçası ilə yaşayan şəxs əməliyyat olunub.

Medicina.az xəbər verir ki, Kirov Rayon Klinik Xəstəxanasının cərrahları 53 yaşlı xəstənin qaraciyərindən on ildən artıqdır orada olan şüşə parçasını çıxarıblar.

Təfərrüatlar ölkənin Səhiyyə Nazirliyinin “Telegram” kanalında paylaşılıb.

Bildirilib ki, kəskin kənarları olan şüşə parçasının uzunluğu 88 mm. olub.

Məlum olub ki, həmin şəxs on ildən artıqdır qarın hissəsində ağrı və narahatlıqdan əziyyət çəkib. Xəstə nəhayət həkimə müraciət etmək qərarına gəldikdə onun qaraciyərində yad cisim aşkar edilib. Kişi yad cismin bədəninə necə düşdüyünü xatırlaya bilməyib.

Həkimlər xəstənin şanslı olduğuna qənaət gətiriblər. Çünkü şüşə ölümcül təsir göstərə bilərdi.

Şüşə parçası laparoskopiya ilə çıxarılıb. Əməliyyat təxminən iki saat davam edib.

“Əməliyyat zamanı məlum oldu ki, yad cism birləşdirici toxuma ilə örtülüb. Bədən toxumalara yad cismin daxil olmasına belə reaksiya verir: aseptik iltihab inkişaf edir və yad cismin ətrafında onu sağlam toxumalardan ayıran membran əmələ gəlir”, - cərrah İqor Popirin deyib.


Aysel