Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

6 aya qədər uşaqlara bu dərmanlar olmaz - Pediatrdan məsləhətlər

  • 2025.08.14 20:54
  • 204 Baxış
6 aya qədər uşaqlara bu dərmanlar olmaz -  Pediatrdan məsləhətlər

"Uşağınız üçün hərarət salıcı seçərkən İBUPROFEN tərkibli olanı seçməyin!!! (Parasetamol əksgöstəriş olanlar istisnadır).

Medicina.az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə bildirib.



"Bu haqda dəfələrlə deyirəm. Yenə də görürəm ki, uşaq qızdıran kimi hər şey unudulur. Ən güclü dərman axtaran kim, həm sirop verib, həm şam qoyan kim...

Şəkildə gördüyünüz preparatlar ibuprofen tərkiblidir. 6 aya kimi olmaz.

Niyə 6 aya kimi ibuprofen olmaz, parasetamol isə olar ? Əgər ikisi də hərarətsalıcıdırsa?
İş ondadır ki, hər iki preparat hərarət sala bilsə də eyni dərman qrupuna aid deyillər. İbuprofen iltihab əlehinə qeyri -steroid preparatdır. Təsir dairəsi daha genişdir. Məsələn, sinir iltihabında, oynaq iltihabında ibuprofen müalicə məqsədilə təyin edilir. Parasetamol isə yox. Çünki bu zaman parasetamol bir işə yaramır. İbuprofen isə yaranmış iltihabı durduraraq ağrını, ödemi, hərarəti aradan qaldırır".

Pediatr əlavə edib ki, ibuprofen molekulu patoloji iltihabı durdurduğu kimi fizioloji iltihabı da durdurur:

"Tam da antibiotikin seçici olmayan təsiri kimi. Məsələn, biz antibiotik veririk ki, boğazdakı mikrobu öldürsün,o isə eyni vaxtda bağırsaqdakı yaxşı mikrobları da öldürüb disbakterioz yaradır və immuniteti zəiflədir. Eləcə də fuzioloji iltihab bizə yaxşı mikroblar kimi ıazımdır. Bədənimizdə həmişə fizioloji iltihab prosesləri var. Və bu proseslər sona qədər getməyib yarı yolda durdurulanda sistemlər pozulur. Kompüterdə çox saylı açıq qalmış pəncərələr olanda baş verən donma kimi. Bundan başqa ibuprofen astma tətikləyici maddədir. Allergik reaksiyalara daha tez səbəb olur, diklofenak kimi qeyri steroid iltihaba qarşı preparat olduğu üçün mədə-bağırsaq sistemində qanama,xoraya səbəb ola bilir.

Bütün bu saydıqlarımdan sonra "axı ibuprofen qızdırmanı tezsalır " fikrini görmək istəməzdim. Unutmayın, tez və yaxşı təsir edən elə ən pis yan təsirli olandır. Hərarət üçün mexaniki üsullardan istifadə edin. Soyudun, silin, yuyundurun, bitki çayları verin. Parasetamol tərkibli preparat istifadə edin. Onu da su yerinə yox. Dərmandan maksimal uzaq olmağa çalışınki uşağın orqanizmi zərər görməsin".

Aygün
Medicina.az