Gəncədə qadın dəm qazından boğulub. 
Medicina.az  xəbər verir ki, hadisə şəhərin Natəvan qəsəbəsində baş verib. 
Belə ki, qəsəbə sakini, 1960-cı il təvəllüdlü Brulkin Sədaqət qaz sobasından çıxan dəm qazından boğulub. Bağlı qapı arxasında olan qadını evdən FHN xilasediciləri çıxardıblar. 
Qadın xəstəxanaya yerləşdirilib. (Qafqazinfo.az)