Cəlilabadda 1 nəfərin üzərinə ağac aşıb və köməksiz vəziyyətdə qalıb.
Medicina.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Cəlilabad Rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.
Xilasedicilər xüsusi vasitələrlə yağan qarın ağırlığından meyvə-tərəvəz dükanının üzərinə aşmış ağacı hissələrə kəsib götürərək 1966-cı il təvəllüdlü Əhmədova Anaxanım Sənhan qızını xilas ediblər.