64 işçisi koronavirusa yoluxan tikiş evindən açıqlama - " Bir nəfər hamını yoluxdurub"

  • 2020.05.16 15:38
  • 3181 Baxış
64 işçisi koronavirusa yoluxan tikiş evindən açıqlama  - " Bir nəfər hamını yoluxdurub"

Dünən Operativ Qərargahın brifinqində Təbib sədri Ramin Bayramlı müəssisələrdə kütləvi yoluxma barədə faktlar səsləndirərək, onlardan biri Bakı Tikiş evini misal çəkdi. Müəssisədə 64 işçidə virus aşkarlanıb.

Medicina.az xəbər verir ki, “Bakı Tikiş Evi” ASC işçilərinin koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov Oxu.Az-a açıqlamasında bildirib ki, işçilərdən bir nəfər digər əməkdaşları da koronavirusa yoluxdurub:

“Həmin işçinin qızı koronovirusa yoluxub və anasını yoluxdurub. Nəticədə, bizim işçilər arasında yoluxma baş verib. ASC-də üç-dörd nəfər virusa yoluxub, xəstəxanada müalicəsini davam etdirir. Digər işçilərimiz isə hazırda karantində saxlanılır. Həftənin bazar ertəsi evlərinə buraxılacaqlar”.

O qeyd edib ki, hazırda müəssisə fəaliyyətini davam etdirmir:

“Bizim qurumun təşəbbüsü ilə işçilər koronavirus testindən keçirilib. Bilirsiniz ki, bizim işçilər hərbçilərin, polislərin paltarlarını tikirlər. Yoluxma təkcə bizdə olmayıb, dövlət müəssisələrində də olub”.