66 yaşlı kişi vaksinin ikinci dozasından sonra ÖLDÜ

  • 2021.07.01 16:30
  • 1596 Baxış
66 yaşlı kişi vaksinin ikinci dozasından sonra  ÖLDÜ
Ürdündə 66 yaşlı şəxs ikinci doza “AstraZeneca” vaksinindən sonra ölüb.


Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyin açıqlamasına görə, yaşlı ikinci dozadan 10 dəqiqə sonra özündən getdib, dərhal tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Səhiyyə naziri Feras Al Hawari yaşlının ölüm səbəbi ilə bağlı araşdırmaların başlanıldığını açıqlayaraq, onda xroniki xəstəliyin olduğunu və ilk dozasını 4 apreldə aldıqdan sonra hansısa fəsadların olmadığını deyib. Nazir həmçinin qeyd edib ki, “AstraZeneca”nın yan təsirləri peyvənd vurulduqdan dərhal sonra deyil, vaksinasiyadan 5 gün sonra ortaya çıxır.