7 aylıq körpənin böyrəyindən 40 ədəd daş çıxarıldı - FOTO

  • 2019.10.30 09:45
  • 4096 Baxış
7 aylıq körpənin böyrəyindən 40 ədəd daş çıxarıldı -  FOTO

Türkiyədə xəstəxanaya gətirilən körpə
dərhal əməliyyata alınıb.


 


Medicina.az xəbər verir ki, hələ 7
aylıq olan Zeynep Ece ailəsi tərəfindən narahatlıq, sidik rənginin pozulması, pis
qoxusu və qanaxma kimi şikayətlərlə xəstəxanaya aparılıb.


 


 


 


 


 


 


 


Uşaq müayinə olunub və böyrəyində
daş olduğu görülüb. Həkimlər körpəni dərhal
əməliyyata alıb. Onun böyrəyindən 40 ədəd
daş çıxarılıb.


 


 


 


Həkim, bu xəstəliyin
daha çox yetişkin insanlarda görülən bir xəstəlik olduğunu qeyd
edib. Həmçinin, həkim Dağgülü bildirib ki, böyrək daşı bütün yaş qruplarında görülə bilər.
Onun sözlərinə görə, Türkiyədə
böyrək daşı narahatlığına ənçox Şərq Cənub-Şərqi Anadolu bölgələrindərast gəlinir.


 


Dağgülü bunun bir çox amildən asılı
olduğunu ifadə edərək, xəstəliyin iqlim,
genetik xüsusiyyətlər və qidalanma vərdişlərinə görə yarandığını bildirib. Bu
narahatlıq bölgədəki həm körpələrdə, həm uşaqlarda, həm də böyüklərdə çox
görülür.

7 aylıq körpənin böyrəyindən 40 ədəd daş çıxarıldı -  FOTO
7 aylıq körpənin böyrəyindən 40 ədəd daş çıxarıldı -  FOTO