7 dəfə vaksin vurdurdu - Heç bir yan təsiri yoxdur

  • 2021.08.26 13:56
  • 1269 Baxış
7 dəfə vaksin vurdurdu -  Heç bir yan təsiri yoxdur
Kolumbiyanın Kali şəhərində yerli sakin 7 dəfə peyvənd olunub.

Medicina.az ölkənin Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, adı açıqlanmayan şəxsin psixoloji problemləri olduğu üçün o, 7 dəfə bilmədən müraciət edib.

Məlum olub ki, həmin şəxsə "AztraZeneca", "Janssen, "Sinovac" və "Pfizer" peyvəndləri vurulub.

Dozalar normadan artıq və qarışıq olsa da, yaşlı şəxsdə heç bir yan təsir hələlik müşahidə olunmayıb. Onun necə 7 dəfə peyvənd olunduğu araşdırılır. Böyük ehtimalla sistemdə də səhv baş verib.