70 gün ərzində yoluxdurucu olan koronavirus xəstəsi - Tibdə ilk

  • 2020.11.06 17:03
  • 2030 Baxış
70 gün ərzində yoluxdurucu olan koronavirus xəstəsi  - Tibdə ilk

COVİD 19 virusunu simptomsuz keçirən xəstənin 70 gün ərzində yoluxducu olması faltı aşkar olunub.

Medicina.az xəbər verir ki, ABŞ Allergiya və İnfeksion xəstəliklər Milli İnstitutunun əməkdaşları 2 ay müddətində yoluxdurucu olan pasiyentin klinikasını araşdırıblar.

Koronavirus tarixində dünyada ilk olan bu fakt onu göstərir ki, virus orqanizmdə aylarla yaşaya bilər.
71 yaşlı qadın anemiya və halsızlıq simptomları ilə klinikaya daxil olub.

Müayinələr onun koronavirus olduğunu aşkarlayıb, lakin qadında virusun heç bir məlum əlamətləri olmayıb.

Klinikada müalicə zamanı həkimlər qadından hər həftə test götürüblər və virus onda 70 gün ərzində aşkarlanıb.

Həkim Vinsent Myunster bu faktı onunla izah edib ki, qadında xroniki limfoleykoz olduğu üçün xəstəliyin gedişatı gizli olub və orqanizm uzun müddət virusu özündə saxlayıb.