Türkiyədə Qaziantepdə yaşayan Esme Özgüler 70 yaşında oxumağı və yazmağı öyrənib.
Medicina.az xəbər verir ki, Esme Özgüler iki il əvvəl Qaziantepə gəlib və qızları ilə yaşamağa başlayıb.
Şehitkamil Rayon Qubernatorluğu Hürriyət Sosial Həmrəylik Mərkəzində (SODAM) qeydiyyatdan keçən Özgüler 6 aylıq təlim proqramı vasitəsilə oxumağı və yazmağı öyrənib.
Sevincini ifadə edən Özgüler deyib:
“Həyat yoldaşım iki il əvvəl vəfat etdiyi üçün qızlarımın yanına Artvindən gəldim. Qızlarım oxumağı və yazmağı öyrənmək istədiyimi çox yaxşı bilirdilər. Dedilər ki, “Belə bir məktəb var, getmək istəsən, səni göndərərik”.
Uşaqlıqdan bəri oxumağı öyrənmək arzum idi. Heç vaxt məktəbə getməmişəm. Məktəb kəndimizdən çox uzaqda idi. Dedim ki, “Oxumağı öyrənmək üçün yaş məhdudiyyəti yoxdur, gedib öyrənəcəyəm”.
Oxumağı və yazmağı bilmədiyim üçün bir çox çətinliklərlə qarşılaşdım. Oxumağı və yazmağı bacarmadığınız zaman həyat yoldaşınızın və uşaqlarının qarşısında özünüzü alçaldılmış hiss edirsiniz. Anaların təhsil alması lazımdır.
Yaxşı ana olmaq üçün bilikli olmalısan və bunun üçün oxumağı və yazmağı bacarmalısan.
Oxuya və yaza bilmədiyim üçün həmişə yanımda birinə ehtiyacım var idi. Xəstəxanaya gedə bilmədiyim üçün, avtobuslarda hara gedəcəyimi oxuya bilmirdim.
İndi oxumağı və yazmağı öyrəndim. Avtobusa minə bilirəm, xəstəxanaya tək gedə bilirəm. Rəqəmləri bilmədiyim üçün liftə belə minə bilmirdim. Artıq ehtiyaclarımın çoxunu özüm ödəyə bilirəm. 6 ay ərzində oxumağı və yazmağı öyrəndim.
Hər kəs oxumağı öyrənməyimə kömək etdi, xəyallarım gerçəkləşdi. İçimdə bir sevinc var. Xəyallarımı gerçəkləşdirdim. Oxuya və yaza bilməyən hər kəs gəlməlidir, qorxmayın, oxumağı öyrənmək üçün yaş məhdudiyyəti yoxdur.
Müəllim olmaq istəyirdim. Atam da müəllim idi. Mən də atam kimi müəllim olmaq istərdim".
Aygün
Medicina.az