80-90 il yaşamaq üçün nə lazımdır?

  • 2025.11.03 18:36
  • 132 Baxış
80-90 il yaşamaq üçün nə lazımdır?


90 yaşınızı qeyd etmək istəyirsinizsə, nikbin qalın, optimist olun. Bu şəxsiyyət xüsusiyyəti, xarakteri uzunömürlülük şansını 10% artırır.

“Medicina” xəbər verir ki, insanlar uzunömürlülük və onun amilləri haqqında düşünəndə əsasən pəhriz və idman, eləcə də yaxşı genlər haqqında düşünürlər.


Lakin tədqiqatlar göstərir ki, insanın düşüncələri və hissləri də mühüm rol oynayır. Bu, xüsusən də 100 yaşlarına çatmağı xəyal xəyal edənlərə aiddir. Sorğuda nikbinlik şkalasında ən yüksək bal toplayanların 90 yaşına qədər yaşama ehtimalı ən az nikbin olanlara nisbətən daha yüksək idi.

Müsbət dünyagörüşünə malik insanların ən az müsbət dünyagörüşünə malik insanlardan 90 yaşını keçmə ehtimalı 10% daha yüksək idi. Lakin, tədqiqat müşahidə xarakterli idi, yəni bu əlaqənin səbəblərini izah etməmiş, sadəcə onları sənədləşdirmişdir.

Lakin əvvəlki tədqiqatlar göstərmişdir ki, nikbinlik müxtəlif xəstəlikləri kompensasiya edə biləcək bir neçə spesifik fizioloji fayda verir.

Məsələn, optimistlər daha yaxşı yatırlar, daha az stress yaşayırlar və daha sağlam vərdişlərə malikdirlər. Nəticədə, onlar daha güclü ürək-damar sistemlərinə və immun sistemlərinə sahib olmağa meyllidirlər. 2018-ci ildə optimistlərin daha sağlam qidalanmağa, aktiv həyat tərzi sürməyə və daha az siqaret çəkməyə meylli olduqları aşkar edilmişdir.


Aygün Musayeva