80 qəpiklik Yodinol möcüzəsi- UNUDULAN DƏRMANLAR

  • 2021.01.27 14:50
  • 13649 Baxış
80 qəpiklik Yodinol möcüzəsi - UNUDULAN DƏRMANLAR

Bu vasitə 50 il əvvəl çox məşhur idi. İnsanların çox köməyinə yetirdi.

Lakin getdikcə dərman imperiyası bu vasitəni unutdu və həkimlər daha onu təyin etmədilər.

Medicina.az xəbər verir ki, yodinol vasitəsi neçə-neçə problemə dərmandır. İstənilən aptekdə 70 qəpiyə olan bu vasitə həkimlərə bahalı mazlar, dərmanlar, spreylər yazmağa mane olur. Halbuki yarım əsr əvvəl həkimlərin ən çox istifadə etdiyi preparatlardan biri olub.

Hər evdə, əlaltında olması vacib olan yodinolun faydalarını təqdim edirik:


•Qışda boğaz iltihabı, angina, güclü öskürəkdə yodinol damızdırılmış su ilə qarqara etmək 2 günə əla effekt verir.


•Qida zəhərlənməsində yarım stəkan qaynanmış suya 1 ç.q yodinol qatıb içmək müsbət təsir edir.


•Boyun, əzələ, diz əzilməsində yodinolla kompress etmək ağrını götürür.


•Əl-ayaqda yaranmış açıq yaralarda, kəsiklərdə yodinoldan istifadə etmək yaranın üzərinin bağlanmasına kömək edir.


•Göz iltihabında yodinol kompresi etmək effektli vasitədir.


•Hətta əl-ayaq göbələk xəstəliklərində yodinol dərman əvəzidir. Yodinollu vanna, kompresslər göbələyi təmizləyir.


•Bir sıra ginekoloji iltihab problemlərində, vaginal göbələk xəstəliklərində də yodinolla tampon etmək effektivdir.