Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

80 yaşdan yuxarı insanların peyvəndi başlandı

  • 2021.01.25 15:50
  • 1528 Baxış
80 yaşdan yuxarı insanların peyvəndi başlandı


Türkiyədə bu gündən etibarən 80 yaşdan yuxarı vətəndaşlara koronavirus peyvəndinin tətbiqinə başlanılıb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca tvitterdə məlumat verib.

“COVID-19” Peyvəndinin Milli Tətbiq Strategiyasına uyğun olaraq peyvəndlənmə cədvəli haqqında məlumat verən nazir “Elmi Komitəmizin tövsiyəsi ilə hazırlanan proqram çərçivəsində bu gündən etibarən 80 yaşdan yuxarı vətəndaşlarımıza vaksin vurulacaq. Peyvənd onlara səhiyyə müəssisələrimizdə tətbiq olunacaq”,- deyə bildirib.