9 gündə 22 yoluxma, 4 ölüm baş verdi - Şəhər əhalisi təşviş içindədir

  • 2024.06.14 18:02
  • 1018 Baxış
9 gündə 22 yoluxma, 4 ölüm baş verdi -  Şəhər əhalisi təşviş içindədir
Türkiyədə havaların istiləşməsi ilə gənələrdən qaynaqlanan Krım-Konqo Qanamalı Qızdırması (KKKA) hallarında artım müşahidə olunur.

Medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sivas şəhərində artıq 22 yoluxma halı aşkarlanıb.
Yoluxanlardan 4-ü ölüb.

Son 9 gündə 22 yoluxma və 4 ölümün baş verdiyi bölgədə əhali təşviş içindədir.

Sivas valiliyindən bildirilib ki, xəstəlik mövsümi və ətraf mühit amilləri səbəbiylə baş verir. Sivas və ətraf vilayətlərdə gənə ilə yoluxan KKKA-nın qarşısının alınması üçün maarifləndirmə işləri aparılır.


Aysel