ABŞ bu vaksini təhlükəsiz hesab edir: İstifadəsinə yenidən icazə verdi

  • 2021.04.24 14:58
  • 1894 Baxış
ABŞ bu vaksini təhlükəsiz hesab edir:  İstifadəsinə yenidən icazə verdi

Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət Mərkəzi yeni növ koronavirusun qarşısının alınmasında tövsiyə olunan "Johnson&Johnson" vaksininin yenidən istifadəsinə icazə verib.

Medicina.az xəbər verir ki, adıçəkilən mərkəzin 10 əməkdaşı vaksinin təkrar istifadəsinin lehinə, 4 nəfər isə əleyhinə olub. Araşdırmalardan sonra peyvəndin insan həyatı üçün riskli olmadığı ortaya çıxıb.

Qeyd edək ki, "Johnson&Johnson"un istifadəsinə aprelin 13-də qadağa qoyulmuşdu. Buna səbəb kimi vaksin vurduranların vəziyyətinin sonradan pisləşməsi göstərilmişdi.