ABŞ-da da Omikrona yoluxmuş xəstələr öldü

  • 2021.12.21 16:45
  • 1665 Baxış
ABŞ-da da Omikrona yoluxmuş xəstələr öldü

ABŞ-da koronavirusun "omikron" ştamı ilə yoluxma nəticəsində ilk ölüm halı qeydə alınıb.

Medicina.az xəbər verir ki, ölən xəstə Texas ştatının Harris dairəsindən olan, peyvənd olunmamış və səhhətində problemlər yaşayan 50 yaşlarında bir kişidir.


Daha əvvəl ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri ölkədə koronavirusun "omikron" variantının üstünlük təşkil etdiyini bildirib. Son bir həftə ərzində toplanmış məlumatlara görə, yoluxmuşların 73% -dən çoxunda bu mutasiya aşkar edilib. Bir sıra regionlarda, o cümlədən ölkənin cənub-şərqində və şimal-qərbində "omikron" ştamı ilə yoluxmuşların nisbəti 90%-i ötür.