ABŞ-da koronavirusa yoluxanların sayı artıb

  • 2020.02.06 09:05
  • 1989 Baxış
ABŞ-da koronavirusa yoluxanların sayı artıb
ABŞ-da yeni növ ölümcül virusa yoluxanların sayı artıb.

Medicina.az Trend-ə istinadən xəbər verir ki , bu barədə Viskonsin ştatının səhiyyə nazirliyindən bildiriblər.

Nazirliyin məlumatında deyilir: "Fevralın 5-i Viskonsində ilk 2019-nCoV halı təsdiq edilib".

Beləliklə, ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 12 nəfərə çatıb.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 28018 insan yoluxub, yoluxanlardan 563 nəfər ölüb.
Ümumilikdə, koronavirus 21 ölkədə qeydə alınıb:

Yaponiya, Tailand, ABŞ, Avstraliya, Sinqapur, Cənubi Koreya, Malayziya, Vyetnam, Fransa, Nepal, Kamboca, Almaniya, Şri Lanka, BƏƏ, Finlandiya, Hindistan, Filippin, İtaliya, Böyük Britaniya, Rusiya və Belçika.