Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ABŞ-da yoluxanların sayı 21 milyonu ötdü

  • 2021.01.06 09:00
  • 1153 Baxış
ABŞ-da yoluxanların sayı 21 milyonu ötdü


ABŞ-da indiyədək yeni növ koronavirusa 21 036 174 yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 357 067-yə çatıb.

Medicina.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat verib..

Ən çox yoluxma Kaliforniya (2,45 milyon), Texas (1,82 milyon), Florida (1,37 milyon), Nyu-York (1 milyon) və İllinoys (984 min) ştatlarında qeydə alınıb.

ABŞ koronavirusa yoluxma və bu virusdan ölüm sayına görə dünyada birinci yerdədir.

Son məlumatlara görə, ABŞ-ın üç ştatında – Kaliforniya, Kolorado və Florida – koronavirusun mutasiyaya uğramış (“Britaniya” variantı) yeni növünün daşıyıcıları da aşkar edilib. Ekspertlər bu növ virusun 70% daha çox yoluxucu ola biləcəyi qənaətindədir.