Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ABŞ-dakı koronavirus ştammı daha sürətlə yayılır

  • 2021.01.26 14:58
  • 1107 Baxış
ABŞ-dakı koronavirus ştammı daha sürətlə yayılır



ABŞ-ın Minnesota ştatının vətəndaşında koronavirusun ilk dəfə Braziliyada müşahidə edilən, P.1 adlandırılan daha yoluxucu ştammına rast gəlinib.


Medicina.az xəbər verir ki, Braziliyaya səfərə gedən şəxsdə tapılan virus ştatdakı ümumi yoxlama zamanı aşkarlanıb.

Bildirilir ki, COVID-19-a qarşı görülən tədbirlər nəticəsində müəyyən edilən növ nəzarətə alınacaq.

Ölkədə sözügedən virusun Cənubi Afrika ştammına bənzədiyi və peyvəndə qarşı daha dayanıqlı ola biləcəyi ilə bağlı narahatlıqlar yaranıb.