ABŞ laboratoryalarından Rusiya sərhədinə ölümcül viruslar buraxılacaq - Təhlükəsizlik Xidməti

  • 2021.05.31 12:47
  • 2669 Baxış
ABŞ laboratoryalarından Rusiya sərhədinə ölümcül viruslar buraxılacaq -  Təhlükəsizlik Xidməti
Rusiya ilə sərhəddə yerləşən NATO və ABŞ bioloji laboratoriyalarından təhlükəli mikrob və bakteriyalar sızdırıla bilər.

Medicina.az xəbər verir ki, bu barədə Təlükəsizlik katibinin birinci müavini Yuriy Averyanov bildirib.

“ABŞ və onların müttəfiqi NATO-nun hərbi bioloqlarının Rusiya ilə sərhəd ərazilərə yaxınlaşması qeyd olunur.
Bu laboratoriyalardan ölümcül təhlükəli virusların guya səhvən və istəmədən ətraf mühitə sızdırılması ilə kütləvi yoluxma baş verəcək. Bu həm sərhəd region və Rusiya əhalisi üçün təhlükədir” – deyə Averyanov deyib.

O, müsahibəsində qeyd edib ki, ABŞ-dan bioloji silah yaratmaqda şübhələnir. Bu fəaliyyət Kütləvi qırğın silahlarının qarşısının alınması üzrə Qlobal tərəfdaşlıq proqramı çərçivəsində və bu xətt altında realizə edilir.

Xatırladaq ki, aprelin 7-də Təhlükəsizlik şurasının katibi Nikolat Patruşev bəyan etmişdi ki, Rusiyanın əlində tutarlı dəlillər var ki, ABŞ nəzarətində olan laboratoriyalarda bioloji silahların hazırlanması işi gedir.

Bu laboratoriyalar əsasən Rusiya və Çinlə sərhəddə yerləşdirilib.