ABŞ-nin yeni qida piramidası - Qaydalar

  • 2026.01.13 12:38
  • 92 Baxış
ABŞ-nin yeni qida piramidası -  Qaydalar

ABŞ onilliklər boyu davam edən pəhriz qaydalarını tamamilə yenidən yazıb. Qida piramidasını mahiyyət etibarilə alt-üst edib, biftek, pendir və tam yağlı süd məhsullarını siyahının başına keçirib.

Medicina.az xəbər verir ki, ABŞ Səhiyyə Nazirliyinin veb saytında "Yeni pəhriz qaydaları" adlı yeni səhifə dərc edilib.

"Əsl qidaları yeyin" adlı səhifə pəhriz vərdişləri üçün yol xəritəsini paylaşır.

Səhifə tam taxılları təşviq edir və təmizlənmiş karbohidratları qadağan edir. Həmçinin vətəndaşları emal olunmuş qidalardan çəkinməyə çağırır.

Ağ Evin X hesabında da "Amerikanı yenidən sağlam edin" yazısı paylaşılıb.

YENİ QİDA PİRAMİDASI

Əvvəlki qaydalar 2 yaşına qədər əlavə şəkərdən çəkinməyi tövsiyə etsə də, yeni qaydalar bu limiti 10 ilə qaldırıb.

Hər yeməklə birlikdə protein qəbulunu tövsiyə edən piramida, ABŞ ictimaiyyətində müzakirələrə səbəb olub.

Yeni piramidanın Amerika Ürək Assosiasiyasının qırmızı ət, kərə yağı və oxşar yüksək yağlı heyvan məhsullarını məhdudlaşdırmaq tövsiyələrinə zidd olduğu qeyd edilib.



Aygün