Dərman qəbul edir və qidalanmasına diqqət göstərir, amma qan şəkəri hələ də normallaşmır.
Medicina.az xəbər verir ki, bəzi
diabet xəstələri belə hallarla qarşılaşırlar. Səbəblər isə hər xəstədə fərqli ola bilər. Deməli, müalicə proqramı da hər pasiyentə fərdi olaraq hazırlanmalıdır.
Mütəxəssis qeyd edib ki, inteqrativ tibbi yanaşmada yalnız qan şəkərinin göstəricisinə deyil, problemin mümkün kök səbəblərinə də diqqət yetirilir:
İnteqrativ tibb mütəxəssisinin sözlərinə görə, bir xəstədə bağırsaq problemləri və hormonal balanssızlıq müalicənin effektivliyinə təsir göstərə, digərində isə insulin müqavimətinin əsas səbəbləri ətraflı araşdırılmadığı üçün müalicədən yalnız qısamüddətli nəticə alına bilər.
Onun sözlərinə görə, mərkəzdə 18 ildir inteqrativ tibbi yanaşma tətbiq olunur və bu müddətdə minlərlə xəstə müalicə alıb.
Dərman qəbuluna rəğmən qan şəkərinin normallaşmaması səbəbləri haqqında İnteqrativ Tibb Mütəxəssisinin ətraflı video-izahını bu linkə daxil olaraq izləyə bilərsiniz.