ABŞ ÜST-lə bütün əlaqələrini kəsdi, vəsait verməyəcək - TRAMP

  • 2020.05.30 16:10
  • 3297 Baxış
ABŞ ÜST-lə bütün əlaqələrini kəsdi, vəsait verməyəcək   - TRAMP

ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bütün əlaqələrini dayandırıb.

Medicina.az xəbər verir ki, bununla bağlı ölkə prezidenti Donald Tramp bildirib ki, buna səbəb tələb olunan islahatların yerinə yetirilməməsidir:

“ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə bütün əlaqələrinə son qoyur. Çünki, ÜST-nin rəhbərliyi ABŞ hökumətinin israr etdiyi islahatları həyata keçirməkdən imtina edib. Vaşinqton təşkilata il ərzində ayırdığı təxminən 450 milyon ABŞ dolları həcmində vəsaiti digər ehtiyaclara yönəltmək niyyətindədir”, - deyə, Tramp bildirib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, ÜST-ə ayrılması nəzərdə tutulan vəsaiti digər səhiyyə təşkilatlarına yönlədirəcək.