ABŞ və İsrail İranda qızlar məktəbini vurdu: 165 şagird öldürüldü

  • 2026.03.03 12:03
  • 236 Baxış
ABŞ və İsrail İranda qızlar məktəbini vurdu:  165 şagird öldürüldü

ABŞ və İsrailin İranda qızlar üçün ibtidai məktəbi hədəf almasından sonra ortaya çıxan görüntülər bütün dünyada böyük ajiotaj yaradıb. İranın xarici işlər naziri Abbas Arakçi hücumda ölən 160-dan çox qız üçün hazırlanmış məzarların fotosunu dərc edərək Vaşinqton və Tel-Əvivi sərt tənqid edib.

Medicina.az xəbər verir ki, Arakçi açıqlamasında bildirib: "Bunlar ABŞ və İsrailin ibtidai məktəbi bombalaması nəticəsində öldürülən 160-dan çox günahsız qız üçün qazılmış qəbirlərdir. Onların cəsədləri parçalanıb. Trampın vəd etdiyi "azadlıq" budurmu? Görünüşü tam olaraq belədir. Qəzzadan Minaba qədər günahsız insanlar soyuqqanlılıqla öldürülüb".



Bu gün İranda həyatını itirən şagirdlər üçün dəfn mərasimi keçirilir. Günün erkən saatlarından minlərlə insan mərasimə gəlməyə başlayıb.

Qeyd edək ki, İran dövlət televiziyası fevralın 28-də ABŞ və İsrailin Hormozgan əyalətinin Minab şəhərindəki qızlar ibtidai məktəbinə hücumu nəticəsində 165 şagirdin öldüyünü açıqladı.

Aygün
Medicina.az