Abşeronda iynə vurulan şəxs öldü - Həkim günahlandırılır - VİDEO

  • 2025.09.09 10:14
  • 268 Baxış
Abşeronda iynə vurulan şəxs öldü -  Həkim günahlandırılır - VİDEO

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yoxlamaq üçün antibiotik vurulan şəxs şoka düşərək ölüb.

Medicina.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Göyçay rayon sakini, 51 yaşlı Eldəniz Rəhimov səhhətində yaranan problemlə bağlı həyat yoldaşı ilə birlikdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bəzi müayinələrdən keçdikdən sonra ona antibiotik təyin edilib. İddialara görə, test üçün vurulan dərman xəstəni şoka salıb.

Eldəniz Rəhimovun həyat yoldaşı Nurlana Rəhimova iddia edir ki, həkim Əminə İsmixanovaya xəstənin antibiotikə qarşı allergiyası olduğunu bildirib.

Məsələyə Abşeron Rayon Mərkəzi Xəstəxanasından münasibət öyrənmək mümkün olmayıb.

İddialarla bağlı TƏBİB-dən bildirildi ki, məsələ araşdırılacaq.