Abşeronda kütləvi zəhərlənmə: 7 uşaq xəstəxanalıq oldu

  • 2021.07.26 13:01
  • 1217 Baxış
Abşeronda kütləvi zəhərlənmə:  7 uşaq xəstəxanalıq oldu
Abşeron rayonunda kütləvi zəhərlənmə olub.

Medicina.az xəbər verir ki, hadisə zamanı azı 7 uşağın qidadan zəhərləndiyi ehtimal edilir.

Belə ki, 10 yaşlı A.Kazımov, onun qardaşı Y.Kazımov, qohumları 5 yaşlı E.Bağırov, 6 yaşlı N.Bağırova, 4 yaşlı M.Qasımov, 13 yaşlı G.Qasımova, 15 yaşlı N.Qasımova qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.