Ağciyərinin 20 faizini itirdi, xərçəngə qalib gəldi - “Dedilər ki, balaca ləkə var...”

  • 2017.09.15 18:20
  • 14597 Baxış
Ağciyərinin 20 faizini itirdi, xərçəngə qalib gəldi -  “Dedilər ki, balaca ləkə var...”
Amerikalı teleaparıcı Larri Kinq əməliyyat olunacaq.


Medicina.az xəbər verir ki, o, 83 yaşı olmasına baxmayaraq çətin əməliyyata razı olub. 


"Həkimlər dedilər ki, ağciyərinin birində kiçik ləkə var, o götürülməlidir. Mən başa düşdüm ki, xərçəngəm. 80-ci illərin sonundan siqareti tərgitmişəm. Amma görünür əvvəllər çox çəkməyim öz təsirini göstərib”, - deyə Kinq bildirib.


Əməliyyatdan sonra rentgen çəkimləri aparıcının ağciyərinin təmiz olduğunu göstərib. Kinq ağciyərinin 20%-ni itirməklə sağala bilib.